Baku Bus

Şirkət haqqında:
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.
Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır.
Əlaqə vasitələri:
Avtobus parkının rəhbəri (Gəncə şəhəri)
Vəzifə öhdəlikləri:
- Gəncə şəhərində tikilməkdə olan 320 yerlik şəhər avtobus parkının layihə üzrə tikintisinə rəhbərlik etmək;
- Avtobus parkının layihə büdcəsinin, vaxt qrafikinin və keyfiyyət standartlarının müəyyən olunmasını və yerinə yetirilməsini təmin etmək, tikmək və istismara vermək;
- Müvafiq dövlət qurumları, podratçılar və digər təşkilatlarla koordinasiyanı həyata keçirmək;
- Tikinti prosesinin qanunvericiliyə və texniki normativlərə uyğun aparılmasına nəzarət etmək;
- Riskləri qiymətləndirmək və müvafiq həll yollarını təklif etmək;
- Tikinti işlərinin gedişatı barədə rəhbərliyə mütəmadi olaraq hesabatlar təqdim etmək;
Tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, Memarlıq, İdarəetmə və ya əlaqəli sahələr üzrə)
- Layihə rəhbəri və ya oxşar sahədə ən azı 5 il iş təcrübəsi
- Tikinti və infrastruktur layihələrinin idarə olunması sahəsində bilik və təcrübə
- Komandada işləmə və liderlik bacarıqları;
- Problemləri həll etmə və qərarvermə bacarıqları;
- Autocad, MS Project və digər layihə idarəetmə proqramlarında işləmə bacarığı;
- İngilis və rus dili biliyi üstünlük sayılır;
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- İş yeri: Gəncə şəhəri
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.