AGRO - WEST DC LLC

Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
Bölgə Müdiri (Gəncə)
Namizədə olan tələblər:
- Müvafiq sahədə 5 il iş təcrübəsi ;
- Şəxsi avtomobil ;
- Qida sektorunda “Satış üzrə Bölgə Müdiri” kimi təcrübə ;
- Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı ;
- Satış etmə, idarəetmə və liderlik bacarıqları ;
- Gəncə və ya yaxın ərazilərdə iş təcrübəsi olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Satış göstəricilərinin təhlili və inkişafına nəzarət;
- Potensial müştəriləri müəyyənləşdirmək,Onlarla əlaqə yaratmaq və yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Satış təmsilçiləri və digər komanda heyətini idarə etmə bacarığı;
- Təşkilati hədəflərə çatmaq üçün effektiv satış strategiyalarının tətbiqi;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət edilməsi və rəhbərlik edilməsi;
- Təyin olunan proqram üzrə satış nöqtələrininin gündəlik ziyarət edilməsinə nəzarət edilməsi;
İş şərtlərimiz:
- Əmək haqqı: Fix əmək haqqı + bonus (Ortalama 2500-3000 AZN )
- İş qrafiki: Tam iş günü (5 gün)
- İş saatları: 08:00-17:00
- İş yeri: Gəncə şəhəri
- Nahar,benzin,korporativ nömrə və amortizasiya xərcləri şirkət tərəfindən təmin olunur
- Kənar rayonlarda yaşayanlar üçün qonaqlama xərcləri şirkət tərəfindən qarşılanılır
Vakansiya üçün müraciət edən namizədlər mövzu yerində “Bölgə Müdiri Gəncə” qeyd edərək CV-lərini elektron ünvana göndərə bilərlər.