“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
İR Biznes Tərəfdaş (Gəncə)
Vəzifə öhdəlikləri
- İşə qəbul prosesində iştirak etmək: namizədlərin axtarışı, görüşlərin təşkili və təyinatların verilməsi;
- İşə qəbul edilən əməkdaşların sənədlərini yoxlamaq və sənədləşmə prosesi üçün müvafiq strukturla koordinasiya etmək;
- Transfer proseslərini həyata keçirmək və işçi sayının ştat cədvəli üzrə nəzərdə tutulan həddi aşmamasına nəzarət etmək;
- Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək, müsahibələrin təşkilini təmin etmək;
- Ərazi üzrə fəaliyyət göstərən mağazaları mütəmadi ziyarət etmək və nəzarəti həyata keçirmək.
Namizədə dair tələblər
- Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür);\
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel – yaxşı səviyyədə);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər
- Komanda daxilində və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı;
- Şəxsi avtomobilin olması mütləqdir.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Yanacaq kartı ilə təminat
- Peşəkar təlim və inkişaf imkanlar