ASG Business Aviation
Şirkət haqqında:
Aviation Services Group is a leading provider of world-class aviation services, with a team of over 4,000 professionals across multiple branches. We offer a wide range of services, from business aviation and ground handling to flight catering, all aimed at ensuring excellence and reliability in the aviation industry. For details please visit: http://asg.az/
Əlaqə vasitələri:
Ekspeditor-supervayzer - Gəncə Beynəlxalq Hava Limanı
Aviation Services Group Gəncə Aeroportunda Ekspeditor supervayzer vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
-
Cinsi: Kişi
-
Təhsil: Orta
-
İş təcrübəsi: 5 ildən az olmayaraq
-
Dil bilikləri: Rus və ya ingilis dillərini bilməsi tələb olunur.
Vəzifə öhdəlikləri:
-
İş fəaliyyətini tənzimləyən normativ sənədləri bilmək və ona riayət etmək;
-
Böyük ekspeditor-supervayzer və operativ menecerin (uçuş heyəti üzrə) müavininin göstərişi olduqda qablaşdırıcılara köməklik göstərmək;
-
Qida ilə yüklənmiş arabacıqların aviaşirkətin xüsusiyyətlərinə müvafiq yerləşməsini yoxlamaq;
-
Perrona getməzdən əvvəl hidroqaldırıcının səliqəli doldurulmasını təmin etmək;
-
Qida və avadanlığın hava gəmisinə vaxtında və lazımi qaydada yüklənməsini təmin etmək, yükləmə zamanı hava gəmisində şəxsən iştirak edərək HG şəxsi heyəti ilə və onların sorğularına dair əlaqə saxlamaq;
-
Tabeliyində olan heyəti HG ilə bağlı sorğular barədə məlumatlandırmaq, bütün heyətin HG-də lazımi səviyyədə işinin görülməsini təmin etmək;
-
Çek-listləri və sənəd formalarını düzgün, tam və vaxtında doldurmaq;
-
Aviaşirkətlərə göndərilən avadanlığın istehsalat şöbəsində alınan miqdarda göndərilməsini təmin etmək, ehtiyatların minimal zəruri səviyyəsini təmin edərək hər hansı çatışmazlıqlar haqqında məruzə etmək;
-
Mərkəzdə səmərəli, keyfiyyətli paylaşdırma xidmətini daim təmin etmək, operativ menecerin göstərişi olduqda digər növbələri icra etmək;
-
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar gigiyenik, yanğından mühafizə qaydalarına riayət etmək;
-
Fasiləsiz işin təminatı ilə bağlı yaranan digər ayrı-ayrı tapşırıqları yerinə yetirmək;
-
Rəhbərin verdiyi digər tapşırıqları yerinə yetirmək.
İş Şəraiti:
-
İş yeri: Gəncə şəhəri, Gəncə Beynəlxalq Hava Limanı
-
İş qrafiki istehsalatın tələblərindən asılı olaraq növbəli VƏ YA gündəlik ola bilər:
-
Növbəli: 1-ci gün gündüz növbəsi (08:00–20:00), 2-ci gün gecə növbəsi (20:00–08:00), daha sonra 2 gün istirahət.
-
Gündəlik: 5 günlük iş qrafiki, 2 gün istirahət.
-
Əmək haqqı: 690 AZN net
-
Nahar ilə təmin edilmə
-
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.







