Garabag Resort & SPA

Şirkət haqqında:
Əlaqə vasitələri:
SPA üzrə nəzarətçi
Şöbə: İdman və SPA
Dərəcə: 6
Tabeçilik: Direktor
Maliyyə Məsələləri:
- The Club-ın çərçivəsində bütün əməliyyatlar üçün anbar uçotu və inventarlaşdırma üzrə bütün sistemlərin icrası və monitorinqini həyata keçirmək.
Əməliyyat:
- Effektiv nəzarəti həyata keçirməklə The Club-ın fəaliyyət sahələrinin stabil və səmərəli fəaliyyət göstərməsinin təmin edilməsində İdman və SPA üzrə menecerə yardım etmək.
- Texniki xidmət və təmizlik üzrə qrafiklərin hazırlanmasında İdman və SPA üzrə menecerə yardım etmək.
- Şöbənin istifadə təlimatlarına qeyd edildiyi kimi, təsdiqlənmiş əməliyyat standartlarına müvafiq olaraq pik və qeyri-pik iş müddətlərinə uyğun şəkildə iş qrafiki ilə əməkdaşların iş saatları cədvəlini tərtib edilməsində İdman və SPA üzrə menecerə yardım etmək.
- Müntəzəm olaraq avadanlıqlar və avadanlıq işləri ilə bağlı hər hansı təsdiqlənmiş texniki xidmət tələbi yarandıqca onları qeydə almaq və həyata keçirilməsini təqib etmək. Klubun əməliyyatlarının bütün sahələri ilə bağlı Menecerinə aylıq hesabat vermək.
- Bütünlükdə The Club-ın və onun ətrafında yerləşən ictimai ərazilərdəki şəxslər və əmlakla bağlı diqqətli və peşəkar təhlükəsizlik nəzarətini təmin etmək. İstənilən bu tipli xoşagəlməz halları Mühafizə üzrə nMenecerə ehtiyac olduqda məlumat vermək.
- İtmiş əmlak, insident hesabatları və qonaq şikayətləri əlaqədar bütün qayda və prosedurlara riayət edildiyini təmin etmək.
- Effektiv idarəetmə kollektiv iş və effektiv nəzarət vasitəsilə The Club daxilində təklif edilən bütün xidmətlərin mövcud olmasını və şöbənin əməliyyatlar təlimatları kitabçasına müvafiq olaraq ən yüksək peşəkarlıq və nəzakət qaydalarına müvafiq olaraq yerinə yetirildiyini təmin etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Tələb olunduqda, sponsorluğun göstərilməsi daxil olmaqla, bütün asudə vaxt və sağlamlıq tədbirlərinin təşkili və proqramların tərtib edilməsinə kömək etmək.
- Tələb olunduqda, administrasiya, qəbul, idman şöbələrinin öhdəliklərinin yerinə yetirilməsinə kömək etmək.
İşçilərlə Münasibətlər:
- Bütün işçilərin daima vaxtlı-vaxtında və düzgün uniforma geyimində işdə olmalarını təmin etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Bütün işçilərin otelin müvafiq siyasətləri və prosedurlarını tam olaraq başa düşdüklərini və onlara riayət etdiklərini təmin etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Mehmanxana ilə ümumi tanışlıq təlimi keçmiş yeni işçilərlə bağlı və yeni işə götürülən, habelə mövcud əməkdaşlar üçün təlim keçməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- The Club-ın əməkdaşlarının qiymətləndirilmələrində İdman və SPA üzrə menecerə yardım etmək.
- Tələb olunan vaxtda və yerdə müntəzəm olaraq işçilərlə görüşmək və açıq ünsiyyət qurmaq, onlara konstruktiv rəylər vermək, həvəsləndirmək və intizam tədbiri görməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
Gimnastika Zalı:
- Gimnastika zalı və aerobika studiyasının peşəkar və effektiv fəaliyyət göstərməsini təmin etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Bütün fitnes təlimçilərinin təlim və inkişaf proqramlarını koordinasiya etmək, idman məşğələləri, proqramlar və təlim məşqlərinin düzgün standartlaşdırılmış metodlara müvafiq olaraq aparıldığını və hazırlandığını təmin etmək.
- Sağlamlıq və fitnes mövzuları ilə bağlı yeni tədqiqatlar və metodlardan xəbərdar olmaq.
- Gimnastika zalının bütün müştərilərinin tibb tarixçələri və həyat tərzlərinə dair qeydlərin dəqiq aparılmasını təmin etmək və məşğələ proqramlarına başlamadan əvvəl bütün müvafiq formaların (açıqlama, iddialardan imtina və s.) doldurulmasını təmin etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Tələb edilən peşəkarlıq səviyyəsinin qorunub saxlandığına əmin olmaq üçün bütün üzvlərin və qonaqların məşq proqramlarının qeydiyyatını aparmaq və bütün məşq proqramlarına nəzarət etməkdə İdman və SPA üzrə menecerə yardım etmək.
- Fiziki hazırlıq vəziyyətinin analizi və təkrar qiymətləndirmə proqramlarına nəzarət etməkdə . Tələb edilən peşəkarlıq səviyyəsinin hər zaman qorunub saxlanıldığını təmin etmək İdman və SPA üzrə menecerə yardım etmək.
Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:
- TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
- Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
Digər Öhdəliklər:
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
- Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
- Ölkənin qanunvericiliyinə riayət etmək.
- Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
- Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
- Otelin Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.