Superfon
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Satış Nümayəndəsi (Ekspeditor) - Şəki, Qax, Zaqatala, Balakən
Vəzifənin məqsədi:
- Məhsulların təyin olunmuş marşrut üzrə müştərilərə təqdim edilməsi, satış hədəflərinin icrası, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazası ilə davamlı əməkdaşlığın təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- Müəyyən olunmuş ərazilər üzrə gündəlik satış ziyarətlərini həyata keçirmək;
- Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək;
- Sifarişləri qəbul etmək və vaxtında çatdırılmasını koordinasiya etmək;
- Debitor borclara nəzarət etmək;
- Satış planlarını yerinə yetirmək;
- Rəhbərliyə gündəlik və aylıq hesabatlar təqdim etmək;
Tələblər:
- Minimum 2–3 il satış nümayəndəsi (ekspeditor) vəzifəsində iş təcrübəsi;
- Şəxsi minik avtomobilinin olması (mütləq);
- Ali və ya orta ixtisas təhsili;
- MS Office proqramlarında ilkin biliklər;
Bacarıqlar:
- Satış və danışıqlar aparmaq bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Müştəriyönümlü yanaşma;
- Planlama və vaxtın effektiv idarə olunması;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Problem həll etmə və qərarvermə bacarığı;
- Komandada işləmək bacarığı;
- Ezamiyyətlərə hazır olmaq ( Şəki, Qax, Zaqatala, Balakən və s )
Təminatlar:
- Rəqabətli əmək haqqı və bonus sistemi;
- Yanacaq və amortizasiya xərclərinin qarşılanması (şirkət siyasətinə uyğun);
- Korporativ mobil nömrə;
- Peşəkar inkişaf və karyera imkanları.
