Amoris

Şirkət haqqında:
Şirkət kənd təsərrüfatı sahəsində meyvə, tərəvəz istehsalı, həmçinin beton məmulatları və plastik tara istehsalı ilə məşğuldur. İstehsal sahələri Zirədə yerləşən 6 ha müasir şüşə istixana kompleksindən, Şimal regionda yerləşən 10.000 ton Soyuducu anbar (Qusar) və 500 ha İntensiv bağlardan ibarətdir (Qusar, Xaçmaz, Xudat). İllik 15.000 tondan çox məhsul istehsalatı.
Əlaqə vasitələri:
Soyuducu anbar rəhbəri (Qusar)
Vəzifə öhdəlikləri
- Məhsulların anbara qəbulu və çıxışı zamanı agrotexniki qaydalara riayət olunmasını təşkil etmək (meyvələrin mərhələli soyudulması, soyuducu anbarların və istehsal ərazisinin texnolog tərəfindən təyin olunmuş meyvə növlərinə uyğun temperaturda olmasına nəzarət etmək, anbarların dezinfeksiya və təmizlik işlərini vaxtında görülməsini təşkil etmək).
- Uzun müddətli saxlanılan meyvələrin keyfiyyət göstəricilərinin(sıxlıq, şəkərlilik, rəng, orta kalibr, yod-kraxmal analizi nəticələrinin) və məhsulun tara sayı və çəkisinin soyuducu kameralar faylına qeyd olunması.
- Anbar mədaxil və məxaric sənədlərinin vaxtında və dəqiq doldurulmasını təmin etmək (məhsulların anbara qəbulu və çıxışı zamanı meyvə növlərinin adlarını, tara növlərini, tara ölçülərini, tara saylarını, məhsulun yığıldığı kvartal nömrələrinin, çəkilərinin, məhsulun getdiyi anbarların və ya satıldığı müştəri haqqında məlumatların xüsusi programlara və ya sənədlərə dəqiq və vaxtında yazılmasını təşkil etmək).
- Anbar hesabatlarının və lazımı analitik məlumatların rəhbərliyə gündəlik təqdim etmək(iş gününün yekununda və ya iş yükü çox olarsa növbəti gün 10:30-a kimi).
- Anbar avadanlıqları və anbardakı xüsusi texnikalar ilə təhlükəsiz işin təşkili.
- Anbar avadanlıqları və anbardakı xüsusi texnikaların düzgün istismar olmasına nəzarət etmək, anbar avadanlıqları və anbardakı xüsusi texnikalara texniki kitablarına uyğun periodik texniki qulluğun göstərilməsinə nəzarət etmək.
- Anbar avadanlıqları və anbardakı xüsusi texnikaların tez sıradan çıxan ehtiyyat hissələrinin sifarişini vaxtında təchizat şöbəsinə vermək.
- Anbarda çalışan işçilərin əməyin təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək, riskləri minimuma endirmək.
- Fəhlə çeşidləyici və fəhlə qablaşdırıcıların iş göstəricilərini analiz etmək. Sürətli və keyfiyyətli işi təşkil etmək üçün həvəsləndirici tədbirləri və cərimələri tədbiq etmək.
- Anbar ərazisinin təmizliyinə və işçilərin gigiyena qaydalarına əməl etməsinə xüsusi diqqət yetirmək(qida sektoru olduğu üçün xüsusi diqqət tələb edir).
- Satış meneceri ilə sıx əməkdaşlıq etmək. Satış menecerindən ixrac etdiyimiz şəbəkələrin və bazarların məhsula qoyulan tələblərini(misal üçün birici növün içində neçə faiz qeyri standart məhsulun olması, meyvə səthi ləkələrin neçə sm² olduqda birinci növə yararlı olmasının tələbləri marketlərə görə dəyişir) götürüb tələblərə uyğun məhsulları vaxtında istehsal edib sifarişi yerinə yetirmək.
- İstehsalda lazımı mal və materialın vaxtında sifariş etmək, keyfiyyətsiz mal materiallar barədə təchizat şöbəsinə məlumat vermək.
- Anbardarlar tərəfindən hərəkətdə olan məhsulların və materialların sayımını vaxtında icra etməsinə nəzarət etmək(faktiki qalıq və karkulyasiya üzrə qalığın uyğun olması satış və istehsal üçün çox vacibdir).
- Tabeçiliyindəki işçilərə rəhbərlik etmək, iş bölgüsünü düzgün aparmaq.
- Standartdan kənar görülən prosedurlar və qərarlar barədə şirkət rəhbərliyinin razılığını almaq.
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
- Yüksək səviyyədə MS Office proqramları, 1C, Mercury
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
- İdarəetmə bacarığı
- Əmək məcəlləsinə uyğun sənədləşmə
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.