Prior Leasing

Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
Lizinq mütəxəssisi (Salyan filialı)
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda 2 il iş təcrübəsi;
- İşdə düzgünlük və operativlik;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və diqqətlilik;
- Şəffaflıq və davranış qaydalarına riayət etmək;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Sənədlərlə düzgün işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
- Müştəri ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
- Təhlil olunan işləri MİS üzrə memorandum mərhələsinə keçirmək;
- Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
- Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
- Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə imzalatmaq;
- CRM üzərindən müvafiq qeydlər aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
- Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq
Əmək haqqı: 700 AZN+bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq elektron poçt ünvanına və ya 050 273 04 92 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.