AYTA LTD MMC

Şirkət haqqında:
AYTA LTD MMC şirkəti 20 ildən artıqdır ki, Azərbaycan bazarında tikinti sahəsində fəaliyyət göstərir. 2024-cü ildən etibarən isə yeni qolu "AYTA MARKET" TİCARƏT MƏRKƏZİ fəaliyyətə başlayıb.
Əlaqə vasitələri:
Mağaza müdir müavini (Sumqayıt ərazisi üzrə)
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
- MS Office proqramlarından sərbəst istifadə bacarığı
- LOGO TİGER proqramında sərbəst işləmək
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
İş haqqında məlumat:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza bölmələri üzrə işçilərin iş rejimi və davamiyyətinə nəzarət etmək;
- Rəflərdə olan məhsulların son istifadə tarixinin vaxtında yoxlanılmasına nəzarət etmək
- Sifarişlərin düzgün yığılmasına və müştəriyə çatdırılmasına nəzarət etmək
- Malların qəbulunu təşkil etmək və inventarizasiya prosesində iştirak etmək
- Mal qalığına nəzarət etmək və ehtiyac olan malların qeydiyyatını aparıb sifariş verilməsini təmin etmək
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
Təminatlar:
- Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
QEYD: Vakansiyaya uyğun namizədlər CV-lərin “MAĞAZA MÜDİR MÜAVİNİ” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər.