Giltex

Şirkət haqqında:
GİLAN TEKSTİL PARKI nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir. GİLAN TEKSTİL PARKI-nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLAN TEKSTİL PARKI-nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.
Əlaqə vasitələri:
Aparıcı mühasib
Vəzifə öhdəlikləri:
- Vergi və mühasibat uçotunun aparılması;
- Aylıq istehsalat xərclərinin və maya dəyərinin təhlili və hesabatların hazırlanması;
- Satış rəqəmlərinin artım və azalma tendensiyalarının təhlili və hesabatların hazırlanması;
- Şirkətin illik Büdcəsinin hazırlanması prosesində iştirak və dəstək göstərilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
Tələb olunan keyfiyyətlər:
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- Maliyyə təhlili üzrə 1-2 illik təcrübə (istehsalat sahəsi üzrə üstünlükdür)
- Azərbaycan dili səlis, rus dili və ingilis dili biliyi orta səviyyədə;
- ACCA (F2,F3 və F7) sertifikatların olması üstünlükdür.
- Power BI bilikləri (üstünlükdür)
İş saatı:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Nahar və servis şirkət tərəfindən təmin olunur
- Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 2.
Müraciət proseduru:
- Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Aparıcı mühasib yazmaqla