Əmək haqqı hesablanması üzrə mütəxəssis
STP-BTECH şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
- İş vaxtının uçotu (timesheet) və əlavə iş saatlarının idarə olunması;
- İşçilərin əmək haqqı, müavinət, məzuniyyət və digər ödənişlərinin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Vergi orqanları, DSMF və digər dövlət qurumlarına müvafiq hesabatların təqdim edilməsi;
- Əmək qanunvericiliyi, sosial sığorta və vergi qanunvericiliyi üzrə dəyişikliklərin izlənilməsi və tətbiqi;
- İnsan resursları və maliyyə şöbəsi ilə qarşılıqlı əməkdaşlıq.
Namizədə Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq sahəsində üstünlük verilir);
- Əmək haqqı və kadr uçotu sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək Məcəlləsi, vergi və sığorta qanunvericiliyi üzrə biliklər;
- MS Excel və mühasibat proqramlarında (1C) işləmə bacarığı;
- Məsuliyyətli, detallara diqqətli, analitik düşünmə bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-18:00 (5 günlük);
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
Biz nə təklif edirik:
- Tibbi sığorta;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Naharla təmin edilmə;
- Nəqliyyatla təmin edilmə;