Planlama üzrə analitik
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
Vəzifə öhdəlikləri:
- İstehsal planlarının hazırlanması üçün tələb olunan məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
- İstehsalat güclərinin, avadanlıq yüklənməsinin və işçi qüvvəsi resurslarının təhlilini aparmaq.
- İstehsal sifarişlərinin icra vəziyyətini gündəlik, həftəlik və aylıq əsasda izləmək və təhlil etmək.
- Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları müəyyən etmək.
- İstehsal planlarından kənarlaşmaların səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
- İstehsalın davamlılığını təmin etmək məqsədilə xammal, material və yarımfabrikat ehtiyaclarını təhlil etmək.
- Xammal və material ehtiyatlarının dövriyyəsini izləmək və optimal ehtiyat səviyyələri üzrə təkliflər vermək.
- İstehsal, satış, satınalma və anbar məlumatlarını təhlil edərək planlama prosesinə inteqrasiya etmək.
- İstehsal sifarişlərinin prioritetləşdirilməsi üzrə təkliflər hazırlamaq.
- İstehsalatın məhsuldarlıq göstəricilərini təhlil etmək və səmərəliliyin artırılması üzrə təkliflər hazırlamaq.
- İstehsal itkiləri, boşdayanmalar və gecikmələr üzrə məlumatları təhlil etmək.
- Planlama üzrə əsas fəaliyyət göstəricilərinin (KPI-ların) hesablanmasını və monitorinqini həyata keçirmək.
- Müntəzəm planlama hesabatları, analitik arayışlar və təqdimatlar hazırlamaq.
- ERP və digər informasiya sistemlərində məlumatların düzgünlüyünü yoxlamaq və təhlil etmək.
- İstehsal gücü, yüklənmə səviyyəsi və sifariş portfeli üzrə proqnozlar hazırlamaq.
- Müxtəlif istehsal ssenarilərinin modelləşdirilməsini həyata keçirmək və nəticələrini qiymətləndirmək.
- Planlama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tətbiqində iştirak etmək.
- Rəhbərlik üçün hesabatların vizuallaşdırılması . təqdimatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən və vəzifə səlahiyyətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahələr üzrə);
- Analitika, planlama, maliyyə və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
- Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
- ERP sistemləri və Power BI bilikləri üstünlük hesab olunur;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- Məlumatların təhlili və proqnozlaşdırılması bacarığı;
- Hesabat hazırlama və təqdimat bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;
Təklif edirik:
- Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Peşəkar və dinamik iş mühiti.
- Korporativ nömrə;
- Könüllü tibbi sığorta;





