Glassica
Şirkət haqqında:
Texniki şüşə məmulatları daxil olmaqla sair şüşə məmulatların istehsali və emalı.
Əlaqə vasitələri:
Növbətçi çilingər - Sumqayıt
Vəzifə öhdəlikləri:
-
Şüşə butulka istehsal xəttində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
-
İstehsalat zamanı yaranan mexaniki nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
-
Avadanlıqların, aqreqatların və mexanizmlərin sökülməsi, yığılması, təmiri və tənzimlənməsini həyata keçirmək;
-
Nəzarət-ölçü cihazlarının texniki vəziyyətinə nəzarət etmək;
-
Planlı-profilaktik təmir işlərində iştirak etmək;
-
Köhnəlmiş hissələrin bərpasını və dəyişdirilməsini təmin etmək;
-
Avadanlıqların düzgün quraşdırılması və saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
-
Növbə ərzində avadanlıqların işinə nəzarət etmək və yaranan kənarlaşmaları aradan qaldırmaq;
-
Növbə təhvil-təslimi zamanı texniki vəziyyət barədə məlumat vermək;
-
Görülmüş işlər üzrə müvafiq qeydiyyat aparmaq;
-
SƏTƏM və daxili təhlükəsizlik qaydalarına riayət etmək;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
-
Texniki peşə və ya orta ixtisas təhsili;
-
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
-
Mexaniki avadanlıqların təmiri və istismarı üzrə biliklər;
-
Məsuliyyətli, diqqətli və operativ olmaq;
-
Növbəli iş rejimində işləmək bacarığı.
İş şəraiti:
-
İş qrafiki: Növbəli
-
İş yeri Sumqayıt
-
Nahar əvəzi əlavə ödəniş
-
Servis xidməti mövcuddur
-
Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
-
Müraciətlər həftə içi 5 gün, 08:00–17:00 aralığında WhatsApp üzərindən qəbul olunur.
Müraciət üçün:
Müraciət zamanı ad, soyad, yaş və yaşayış yerini qeyd etməyiniz xahiş olunur.
Vatsap: 010 236 08 17 – Kadrlar şöbəsi










