PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Qəza komissarı (Tovuz nümayəndəliyi)
“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddiaları Deparmentində Qəza komissarı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
- Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni 2 iş günü ərizndə digər şöbəyə yönləndirir;
- Müştərinin müraciəti əsasında elektron bazada hadisə üzrə məlumatın daxil edilməsi;
- Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
- Dələduzluqların araşdırılması zamanı - tərəflərin yazılı və ya video görüntülü izahatlarının alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə yönləndirmək;
- Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
- Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
- Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
- Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
- Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
- Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazasında və ya server-də yerləşdirmək;
- Region üzrə qəza komissarı zərərə məruz qalmış əmlakın qiymətləndirilməsinə dəstək göstərmək;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
- Müvafiq vəzifədə 1 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
- Microsoft Office bilikləri.
Biliklər:
- Yol Hərəkəti Qaydaları;
- Avtomobil mexanizmi haqqında texniki bilik;
- Müştərilərlə iş üsulları.
Bacarıqlar:
- Ünsiyyətçilik;
- Problemlərin həlli;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Stressə davamlılıq.