A+Co ASC

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.
İstifadə olunan texnologiyalar:
Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.
İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.
Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.
“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.
Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.
Əlaqə vasitələri:
İnzibati işlər üzrə operator
Tələblər:
- 25-35 yaş xanım namizədlərə üstünlük veriləcəkdir
- Ali təhsil
- Sənədləşmə qaydaları və kargüzarlıq işləri üzrə ilkin anlayış
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.
Vəzifə öhdəlikləri:
- Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək
- Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək
- Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;
- İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;
- Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;
- Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;
- Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək
- Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;
- İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;
- Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
İş şəraiti:
- 6/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 700 AZN.
- İş yeri: Xırdalan şəhəri