Ultra Technologies

Şirkət haqqında:
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır. ULTRA Technologies şirkəti E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Bank, E-Kitabxana, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elektron portalı və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələri həyata keçirmişdir
Əlaqə vasitələri:
Layihə koordinatoru
Əsas vəzifə öhdəlikləri:
- Layihə iştirakçıları arasında vaxtında və dəqiq məlumat mübadiləsini təmin etmək;
- Layihənin icra vəziyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq və təqdim etmək;
- Tapşırıqların icrasını izləmək, potensial risk və problemləri vaxtında müəyyənləşdirmək;
- Prioritetləri müəyyənləşdirmək və ehtiyac olduqda rəhbəri əvəz edə bilmək
- Məlumatları təhlil edib rəhbərə üçün düzgün və faydalı çıxarışlar etmək
- Komandalar arasında texniki tapşırıqları izləmək və əlaqələndirmək
- Proqramçı, sistem administratoru, təhlükəsizlik mütəxəssisi kimi şəxslərlə effektiv işləmək
- Rəhbər üçün texniki sənədlər, təqdimatlar, hesabatlar hazırlamaq
- Görüşlər təqviminin yaradılması, izlənilməsi və iclaslarda qeydlər aparmaq
- Rəhbər üçün texnoloji alternativləri araşdırmaq, müqayisələr təqdim etmək
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarə olunması üzrə minimum 2-3 il iş təcrübəsi;
- Layihə idarəetmə metodologiyaları üzrə biliklər ( Agile, Scrum, Kanban,Waterfall və s.)
- Excel, SQL və ya BI alətlərində ilkin təhlil bacarığı, Jira, Trello, Asana, Monday.com kimi idarəetmə alətlərində işləmək bacarığı
- Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə ;
- MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət və komanda mühitində işləmək bacarığı
- Yeni texnologiyalara açıq olmaq və bilikləri mütəmadi yeniləmək
- İTIL və ya digər əməliyyat çərçivələri üzrə biliklərin olması üstünlük sayılır
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies