Şimal Servis
Şirkət haqqında:
"Şimal Servis" QSC Azərbaycanda ticarət fəaliyyəti ilə məşquldur və əsasən təmir-tikinti alətləri, sərf materialları, tikintidə və istehsalatda istifadə olunan digər materialların aparıcı tədarükçüsüdür.
Şirkətimiz aşağıdakı dünya brendlərini təmsil edir: Bosch, Stanley, M7, GYS, Schneider, Black and Dacker, Einhell, Scheppach, Cayken, CH Tools, Ismaflex, ESAB, Aland Welding, Monolit, Mounter, Fiskars, Levenhuk, Fujian Super Solar Energy Tec Co və s.
Toplam anbarlarda 5000 vahiddən cox mal-material çeşidi mövcuddur.
Əlaqə vasitələri:
Hüquqşünas
Tələblər:
- Yaş həddi: 20-35;
- Hüquq sahəsi üzrə ali təhsil;
- Hüquq sahəsində təcrübə;
- AR-nın Mülki, Əmək, Vergi və s. mülki və inzibati prosessual qanunvericiliyini bilməlidir
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İnqilis dillər biliyi arzuolunandır;
- Sürücülük vəsiqəsi arzuolunan;
- Ünsiyyətçilik, məsuliyyətlilik, punktuallıq və komanda ilə işləmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
İşin təsviri:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müəssisənin fəaliyyətindən irəli gələn sənədlərə (məktublara, əmrlərə və s.) həmçinin müqavilələrə rəy vermək və hüquqi ekspertizanı həyata keçirmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
- Müəssisəni məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi;
- Hüquq məsələlərinə aid rəhbərliyin diqər tapşırıqlarını yerinə yetirmək.
İş şəraiti:
- 5 günlük iş həftəsi, iş vaxtı: 9:00 - 18:00;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Mərkəzi Bulvar kücəsi 5 ünvanında yerləşən ofis;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq;



