Security Manager/ Təhlükəsizlik üzrə menecer
Ünvan: Yevlax şəhəri, Ceyhun Mustafayev.129a
Vəzifə öhdəlikləri:
- Otelin təhlükəsizliyinin təmin edilməsi (bina, ərazi, qonaqlar, işçilər);
- Daxili qaydalara əsasən nəzarətin və yoxlamaların keçirilməsi;
- Müəssisənin mülkiyyətində və istifadəsində olan əraziyə, daşınar və daşınmaz əmlaka, habelə əməkdaşlara nəzarətin təşkil edilməsi;
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq əməkdaşlara təlim keçirilməsi;
- Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparılması;
- Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsi;
- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil edilməsi;
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edilməsi;
- Növbə rəhbərlərinə tapşırılan işlərin keyfiyyətli təmin olunmasına nəzarət edilməsi;
- Otelin daxilində və bütövlükdə hotelin ərazisində olan əmlak, avadanlıq, mal-materialların mühafizəsinin təmin edilməsinə rəhbərlik edilməsi;
- Müəssisənin inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilinin həyata keçirilməsi;
Tələblər:
- Ali təhsil;
- Təhlükəsizlik üzrə sertifikatlar və təlimlər arzuolunandır.
- Namizəd: Azərbaycan vətəndaşı
- Təcrübə: Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin və avadanlıqlarının idarə edilməsi təcrübəsi;
- Təhlükəsizlik komandası və resurslarının idarə olunması təcrübəsi;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Könülü tibbi sığorta;
- Qalmaq yeri ilə təmin olunma;
- Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
- Tibbi sığorta
İş yeri: Yevlax şəhəri