Assistant Front Office Manager/ Qəbul və qeydiyyat üzrə menecer müavini
Ünvan: Yevlax şəhəri, Ceyhun Mustafayev.129a
Vəzifə öhdəlikləri:
- Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması;
- Şöbənin bütün prinsiplərinə, proseduralarına, standartlarına uyğun qonaq tələblərinin həyata keçirilməsinin təmin edilməsi;
- Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak etmək;
- Şöbənin fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün İnsan resursları şöbəsi ilə işçilərin seçilməsi, onları təlimatlandırılması, növbələrin təyin edilməsi və onların fəaliyyətlərinin idarə edilməsi;
- Otaqların inventarının (avadanlıqların) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət etmə ilə Otelin gəlirinin yüksəldilməsi;
- VİP qonaqların qarşılanması,qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinin təşkili;
- İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi, təlim fəaliyyətinin planlaşdırılması və həmin heyətin administrativ iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edilməsi;
- Şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
- İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektinin həyata keçirilməsi;
Tələblər:
- Ali təhsil (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);
- Namizəd: Azərbaycan vətəndaşı
- Təcrübə: Otelçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Xarici qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi, əlavə olaraq isə rus dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Könülü tibbi sığorta;
- Qalmaq yeri ilə təmin olunma ;
- Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
- Tibbi sığorta
İş yeri: Yevlax şəhəri.