North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Topoqraf (Qarabağ)
İşin təsviri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi
- Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatının aparılması
- Materialların qrafiki qeydiyyatının aparılması
- Əldə olunmuş məlumatların işlənməsi
- Sənədlərin ötürülməsinə və onların icra şərtlərinə nəzarətin edilməsi
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Minimum 3 il iş təcrübəsinin olması
- MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli