North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Planlama mühəndisi (Qarabağ bölgəsi)
Vəzifə öhdəlikləri:
- Gündəlik gündəlik işlər (kalıp, beton) haqqında məlumat toplamaq.
- İşçi qüvvəsini və ya işçilərin sayını hesablamaq.
- Layihədə beton işlə bağlı məlumat toplamaq və həcm hesablanmaq və hesabat hazırlamaq.
- Gündəlik hesabatları hazırlamaq.
- Primavera'da həftəlik və aylıq hesabat hazırlamaq məqsədilə Planlaşdırma Mühəndisinə kömək etmək, inkişaf proqramını hazırlamaq və MS Project proqramında yeniləmək;
- Planlaşdırma mühəndisinin olmaması zamanı həftəlik inkişaf proqramı ilə bağlı planlaşdırma iclaslarında iştirak etmək;
- Planlaşdırma mühəndisliyi ilə plana aid nəzərdə tutulan hallarda gecikmələrin təhlili barədə məlumat vermək;
- Gecikmələrin səbəblərini müəyyən etmək, İnşaat Mühəndisləri ilə danışıqlar yolu ilə bu səbəbləri aradan qaldırmağa qərar verin. Gecikmiş işi yenidən planlaşdırmaq;
- Subpodratçılar tərəfindən yerinə yetirilmiş işlərə aid qeyd və planlaşdırmanı təmin etmək;
- Edilən işlərdə zərəri müəyyənləşdirmək və tələbləri hazırlamaq;
Tələblər:
- Ali təhsil (Mühəndislik dərəcəsi);
- Yol tikintisində planlama və nəzarət sahəsində 3 il iş təcrübəsi;
- Primavera6 üzrə biliklər;
- Layihə planlaşdırmasında yaxşı biliyinə sahib olmaq.
- Müxtəlif növ planlaşdırma metodlarını bilmək.
- Tikinti və quraşdırma işlərinin İqtisadi təhlil metodları biliyinə sahib olmaq.
- Yaxşı səviyyədə analitika və riyazı biliklərə sahib olmaq.
- AutoCAD bilikləri;
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Planlama mühəndisi (Qarabağ)” başlığı ilə göndərməklə edə bilərsiniz.
