North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Elektrik işləri üzrə briqadir (Region)
Vəzifə öhdəlikləri:
- Tikinti sahələrində elektrik işlərini həyata keçirmək və təmir işlərini icra etmək.
- Elektrik avadanlıqlarının və sistemlərinin montajı və quraşdırılması.
- Elektrik xətlərinin çəkilməsi və təmir edilməsi.
- Elektrik sistemlərinin düzgün işləməsini təmin etmək üçün müntəzəm yoxlamalar aparmaq.
- Şirkətin digər komanda üzvləri ilə koordinasiya edərək layihələrin vaxtında və keyfiyyətli tamamlanmasını təmin etmək.
- Təhlükəsizlik qaydalarına riayət edərək iş yerində təhlükəsizliyin təmin edilməsi.
Tələblər:
- Elektrik sahəsində ən azı 3 il iş təcrübəsi.
- Elektrik sistemləri, montaj və təmir işləri üzrə biliklər.
- Tikinti sahəsində təcrübə üstünlükdür.
- Texniki cızımları oxuma və anlama bacarığı.
- Fəsadların aradan qaldırılması və problemlərin həllində çevik olma.
- Azərbaycan dilini yaxşı bilməli, rus və ya ingilis dili bilikləri arzuolunandır.
Müraciət üçün CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Elektrik işlər üzrə briqadir” qeyd edib göndərərək müraciət edə bilərsiniz.