North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Həcm üzrə mühəndis (Region)
Vəzifə öhdəliklər:
- Tikinti layihələrinin həcm hesablamalarını həyata keçirmək.
- Layihə planları və texniki sənədlərə əsasən material və işçi qüvvəsi hesablamalarını aparmaq.
- Müxtəlif tikinti işlərinin (qazma, beton, polad, santexnika və s.) miqdarlarını dəqiq və düzgün hesablamaq.
- Layihənin yerinə yetirilməsi üçün lazım olan resursları müəyyən etmək və təmin etmək.
- Tikinti sahəsində əməkdaşlarla sıx əməkdaşlıq edərək işlərin plan üzrə icrasını təmin etmək.
- İcra olunan işlərin miqdarlarını nəzarətdə saxlamaq və mütəmadi olaraq hesabatlar hazırlamaq.
- Layihə müddətində mümkün olan dəyişiklikləri və əlavə işləri qiymətləndirmək.
- Həcm üzrə hesablama, qiymətləndirmə və hesabatların müntəzəm olaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Tikinti mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.
- Tikinti sahəsində ən azı 3 il iş təcrübəsi.
- Həcm üzrə hesablama və qiymətləndirmə sahəsində geniş biliklər.
- AutoCAD və digər müvafiq proqramlarla işləmə bacarığı.
- Texniki cızımları oxuma və başa düşmə bacarığı.
- Ümumi idarəetmə bacarıqları və diqqətlilik.
- Azərbaycan dilini yaxşı bilmək, rus və ya ingilis dili bilikləri arzuolunandır.
- Komanda ilə işləmək, təşkilatçılıq və vaxt idarəetməsi bacarıqları.
Müraciət üçün: CV-nizi Müraciət Et butonunda qeyd olunan electron poçt ünvanına mövzu yerində vakansiyanın adını qeyd edərək göndərərək müraciət edə bilərsiniz.