Synergy Partnership

Şirkət haqqında:
14 ildir ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
Əlaqə vasitələri:
Kreativ Kontent Menecer
Vəzifə öhdəlikləri:
- Brendin strategiyasına uyğun olaraq kreativ və maraqlı kontentlərin hazırlanması
- Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) üçün post, məqalə və vizual konseptlərin yaradılması
- Marketinq komandası ilə birlikdə kontent planının hazırlanması və icrası
- Hədəf auditoriyanı cəlb edəcək hekayələr və reklam məzmunları yazmaq
- Video, foto və digər multimedia materiallarının yaradılmasını koordinasiya etmək
- Trendləri və rəqib analitikalarını izləyərək yeni ideyalar təklif etmək
- SEO prinsiplərinə uyğun məzmun yazmaq və veb-sayt üçün materiallar hazırlamaq
Tələblər:
- Jurnalistika, Marketinq, Filologiya və ya əlaqəli sahə üzrə ali təhsil
- Kontent yaradılması və sosial media idarəçiliyi sahəsində ən azı 2 il təcrübə
- Azərbaycan və İngilis dillərində səlis yazı bacarığı (Rus dili arzuolunandır)
- Kreativ düşüncə tərzi və yazı üslubu
- Dizayn və multimedia alətləri ilə işləmə bacarığı üstünlükdür
- Komandada işləmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi
- Stabil əməkhaqqı
- İş qrafiki: I-V günlər, 09:00-18:00 və ya 10:00-19:00