Prior Leasing

Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
İnsan Resursları və İnzibati Xidmətlər Şöbəsinin Müdiri
Vəzifə Öhdəlikləri:
- İnsan resursları siyasətinin formalaşdırılması və həyata keçirilməsi
- Əmək qanunvericiliyinə uyğun olaraq bütün əməliyyat işlərinin təşkili və nəzarət
- İşə qəbul, adaptasiya, motivasiya və karyera inkişafı proseslərinin idarə olunması
- Kadr ehtiyatlarının planlaşdırılması və işçi heyətinin effektiv idarə olunması
- Əməkdaşların peşəkar səviyyələrini artırmaq məqsədilə təlim və tədris prosesinin təşkili və tətbiqi
- Müvafiq siyasət və prosedurların hazırlanması və tətbiqinə nəzarət
- Şirkətin təşkilati quruluşunda rəhbərliyin əmrinə müvafiq olaraq mütəmadi dəyişikliklərin edilməsi
- Əmək haqqı, mükafatlandırma və digər İR proseslərinin tənzimlənməsi
- Rəhbərlik üçün İR fəaliyyətinə dair müvafiq hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil (İnsan resursları, biznesin idarə edilməsi, hüquq və ya digər əlaqəli sahə üzrə)
- İnsan resursları sahəsində azı 5 il, həmçinin rəhbər vəzifədə azı 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər
- İR sistemlərin qurulması və tətbiqi üzrə təcrübə
- Güclü liderlik və komanda idarəetmə bacarıqları
- Planlaşdırma, analitik düşünmə və problem həll etmə bacarıqları
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
- Ünvan: Çinar Park (N.Nərimanov)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Şöbə Müdiri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.