AGRO - WEST DC LLC

Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
İşə qəbul üzrə mütəxəssis
Vəzifə Öhdəlikləri
- Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası;
- Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili;
- Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəlmə portalları, sosial və peşəkar şəbəkələr (məs. LinkedIn)) və s.;
- CV-lərin screeningi, namizədlərin short listinin haızrlanması və ilkin müsahibənin keçirilməsi;
- Müsahibələrin online və ya offline təşkili, referansların alınması;
- Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi;
- Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
- İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
- Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi;
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi;
- İşçilərin davamiyyətinin izlənməsi və uçotunun aparılması;
- Strukturlar üzrə təlim ehtiyaclarının müəyyən edilməsi və təlimin təşkilini həyata keçirmək;
- Əmək yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, istedadlı mütəxəssisləri cəlb etmək ;
- İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları
- Ali təhsil (İnsan resursları, İdarəetmə, psixologiya və ya əlaqədar ixtisaslar);
- İşə qəbul üzrə (Recruitment) 2 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Headhunting bacarığlı;
- Müsahibələri sərbəst təşkil etmək;
- Sosial şəbəkələrdə aktiv olmaq.
İş şəraiti:
- Sosial şəbəkələrdə aktiv olmaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1000 AZN;
- İş yeri: Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi.
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.