Lumegrand

Şirkət haqqında:
«LUMEGRAND» -ölkəmizin işıqlandırma sistemləri sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biridir. 2006-cı ildən başlayaraq, modern, klassika, art deko üslubunda bir sıra ixtisaslaşdırılmış işıqlandırma mağazalarının açılması uğurlu fəaliyyətin nəticəsi olmuşdur. Belə ki, 2006-cı ilin oktyabr ayında «LIGHTING STUDIO» mağazasının açılışı baş tutdu. Xidmət keyfiyyətinin artırılması səbəbilə, daimi inkişaf edən «LUMEGRAND» şirkəti, əsas dünya brendlərinin daha geniş assortimentini təqdim etməklə, mağazaların tərtibatına aid xarici və daxili rebrendinqə imza atdı, yeni korporativ üslub (rəng, loqotip) yarandı. Yeni loqotip özündə müasirliyi və mütərəqqiliyi təcəssüm edir. Sonraki illərdə mağazala şəbəkəsi daha genişləndi.
Əlaqə vasitələri:
Xadimə (ofis)
Tələblər:
- Müəyyən edilmiş qaydalara əsasən gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək;
- Ofisin mətbəx,sanitar qovşaqların və otaqların səliqəli və təmiz olmağını təmin etmək.
- Mətbəxdə istifadə edilən qab-qacaqları yumaq.
- İşçilərə çay süzülmək
- Təmizləyici vasitələrin ehtiyatına nəzarət etmək;
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək.
- Yaş həddi 30-55
Vəzifə öhdəlikləri:
- Sahə üzrə 1-2 il iş təcrübəsi;
- Təmizkar və səliqəli olmaq;
- İşində ciddi və məsuliyyətli olmaq;
- Təmizləyici vasitələrdən düzgün istifadə qaydasını bilmək.
Şərtlər:
- İş yeri: Akademik Həsən Əliyev küçəsi
- İş qrafiki: həftənin 5 günü (bazar ertəsi-cümə) tam iş günü.
- İş saatı: 08:30 - 18:00
- İlkin əmək haqqı: 450 AZN + 50 AZN KPI
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Xadimə” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərsinlər və ya +99450 444 91 02 nömrəsi ilə əlaqə saxlasınlar.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.