Camal LTD

Şirkət haqqında:

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.

2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

Əlaqə vasitələri:

Hüquqşünas

Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibi və rəsmiləşdirməsi;
  • Aidiyyatı orqanlara sorğu, məktub, ərizə və müraciətlər göndərmək, daxil olmuş müraciətləri müəyyən olunmuş vaxt ərzində cavablandırmaq;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericilik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Şirkəti Məhkəmə orqanlarında təmsil etmə.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Hüquq sahəsində ən azı 3-5 il iş təcrübəsi;
  • Təhsili/ixtisası: Hüquq sahəsi üzrə ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili əla.

İş şəraiti:

  • 6 günlük iş rejimi.
  • Korporativ nömrə.
  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Əmək haqqı razılaşma əsasında

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap