Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Maliyyə Analitiki
Əsas vəzifə öhdəlikləri:
- Anbar qalığı üzrə hesabatların hazırlanması;
- İmha hesabatlarının hazırlanması;
- Delist məhsulların analizi və hesabatının hazırlanması;
- Anbar silinmələrinin FİFO üzrə aparılmasına nəzarət edilməsi;
- Satış iadə müraciətlərinin təhlili və nəzarət edilməsi;
- Sistemdə məhsulların iadə, bloklanması və blokdan çıxarılması üzrə işlərin həyata keçirilməsi;
- İadələrdə olan neqativliklərin araşdırılması və cərimələrin hesablanması;
- Son istifadə tarixi bitmiş məhsullar üzrə analizlərin aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- ACCA üzrə FA, FR, MA imtahanlarından müvəffəqiyyətlə keçmək üstünlükdür;
- Analitik bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Ünsiyyət bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Min. 3 il (Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə)
- Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyinin yaxşı səviyyədə olması;
- Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.