AzProduct

Şirkət haqqında:
Azproduct LLC was established by Shamkhal Mammadov. It is a brand in wholesale sea food trading business which supplies a bulk of sea foods to hotels and caterers since 2012. Our passion for seafood led us to places known and unknown, and we learned that a great variety of quality seafood is available if you're willing to make the effort. Currently, we see that except sea-food all items are more or less delivered right to your doorstep. But still, you have to rely on local vendors or local fish market to buy your fish where there is no guarantee of the fish quality. To avoid this and make your purchase a simple and of high quality we have planned to retail our catch directly to households.
Əlaqə vasitələri:
Baş mühasib
Funksional vəzifələri:
- Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
- Verg,statistika habelə digər orqanlara təqdim olunan hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
- Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
- Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniş tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli;
- İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli;
- Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli;
- Müəssisə vəsaitinin qanunsuz sərf edilməməsinə nəzarət etməli;
- Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
- Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
- Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.
Məsuliyyəti:
- Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
- İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
- İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
- İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
- İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq.
- Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
- Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.
Tələblər:
- Ali təhsil (Anoloji vəzifə üzrə)
- Müvafiq ixtisas üzrə minimum 3 illik təcrübə;
- Kompüter bilikləri: 1C, ERP, MS Office
- PMS (KOS) 1 və 2 ci mərhələ
- Yaş həddi – 25-35
- Azərbaycan dillərində həm şifahi, həm də yazılı şəkildə mükəmməl danışıq (digər dil bilikləri arzuolunandır);
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
- Səlis və aydın nitq qabiliyyəti;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Babək prospekti 74.
- İş rejimi: Tam ştat, 5 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlarına görə müəyyən ediləcək
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.