Satış mütəxəssisi (Showroom)
Vəzifə üzrə əsas öhdəliklər:
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
- Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək. - Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq. - Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
- Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.
Vəzifə üzrə əsas tələblər:
- Satış prosesini və dinamikasını başa düşmək.
- Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
- Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
- Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından istifadə bacarığı.
- Azərbaycan dili səlis danış, Rus dili orta danışıq və yazı səviyyəsində tələb olunur.
- Xoş görünüşlü, səliqəli olması mütləqdir.
İş şəraiti:
- İş qrafiki: 10:00-dan 19:00-dək.
- İstirahət günü: Bazar.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Əmək haqqı 600 AZN
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.