LuLu restaurant MMC

Şirkət haqqında:
Restoran & Bar
LULU klassik fransız kulinariya ənənələrini və müasir qastronomik tendensiyaları özündə birləşdirən neo-bistro üslubunda restorandır. Restoranın mətbəxində klassik üsullar ilə təzə və təbii məhsullardan hazırlanmış yüksək keyfiyyətli yeməklər təqdim edilir.
Əlaqə vasitələri:
Soyuq bölmə aşpazı
İş şəraiti:
- İş yeri: LULU restaurant, Crescent Mall 1-ci mərtəbə;
- 18-45 yaş arası namizədlər;
- İş qrafiki: 6 günlük, 2 növbəli;
- Əmək haqqı: 800 azn;
- Qidalanma ilə təmin olunur;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
Namizədə tələblər:
- İş təcrübəsi ən azı 1 il;
- İşində cəld və səliqəli olmalı;
- Bacarıqlı, nizam-intizamlı olmalı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
- İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli;
- Rus dili biliyi mütləqdir;
Vəzifə öhdəlikləri:
- İstifadə edilən məhsulların təzə və keyfiyyətli olduğundan əmin olmaq;
- Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verməmək;
- Yarımfabrikat və hazır məhsulların saxlanılması qaydalarını bilmək;
- Menyunun hazırlanması, yenilənməsi proseslərinə yardım etmək;
- Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək;
- Mətbəxdə qida təhlükəsizliyi qaydaları, təmizlik və sanitariya da daxil olmaqla bütün sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmək;
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Soyuq bölmə aşpazı” məktubun mövzu hissəsində göstərməklə şəkilli CV- ləri +994 50 626 59 62 nömrəsinə göndərməyiniz xahiş olunur.