Assistant General Manager
Əsas öhdəliklər:
- Restoran işçilərinin iş qrafiklərini idarə etmək və işçi heyəti arasında iş bölgüsünü həyata keçirmək,
- Restoranın gündəlik fəaliyyətinə və komandanın işinin nəticələrinə nəzarət etmək, işçilərin fəaliyyətini idarə etmək və istiqamətləndirmək,
- Xidmət standartlarının düzgün tətbiqinə nəzarətin təmin olunması,
- Yeni işçilərin işə qəbul komissiyalarında iştirak etmək,
- İşçilərin lazımi təchizat, avadanlıq və uniforma ilə təmin olunmasını təşkil etmək,
- İşçilər üçün təlim planlarının müəyyən olunması və plana uyğun təlimlərin təşkil olunması,
- İnventarın idarə edilməsi və maliyyə hesabatlarının analiz olunması proseslərində Restoran menecerinə dəstək göstərmək,
- Nağd pul əməliyyatlarının, satış və xərclərin dəqiq uçotunun aparılması,
- Gəlirləri optimallaşdırmaq üçün menyu hazırlanması və qiymət strategiyasının müəyyən olunması kimi proseslərdə iştirak etmək,
- Komandanı ruhunu gücləndirmək, onları həvəsləndirmək, idarə etmək və onların performansını qiymətləndirmək istiqamətində Restoran menecerinə dəstək göstərmək,
- Məhsulun keyfiyyəti və xidmət səviyyəsi haqqında rəy əldə etmək üçün qonaqlarla əks əlaqə qurmaq, məmnuniyyətin ölçülməsi,
- Təchizatçılarla görüşlərin təşkili, onlardan alınan təkliflərin analiz edilməsi və əldə olunan nəticələri Restoran meneceri ilə paylaşmaq,
- Qonaqlardan gələn şikayətlərinin çevik və peşəkar şəkildə həll olunması,
- Yeni işçiləri restoran standartları və daxili-nizam intizam qaydaları ilə tanış etmək, onların adaptasiya prosesinin idarə olunması,
- Müştəri axınının düzgün koordinasiyası və gözləmə vaxtlarının minimuma endirilməsi üçün rezervasiyaların və masa bölgüsünün effektiv şəkildə idarə olunması,
- Qida sağlamlığı və təhlükəsizliyi qaydalarına, HACCP standartlarına riayət olunmasını təmin etmək üçün qidaların hazırlanması, təqdim edilməsi və saxlanması qaydalarına nəzarət etmək,
- Gigiyena və sanitariya standartlarına riayət olunmasını təmin etmək üçün müntəzəm yoxlamaların həyata keçirilməsi,
- Restoranın açılması və bağlanması proseslərində iştirak etmək, proseslərin düzgün idarə olunması, müşahidə olunan bütün nöqsanlarla bağlı məlumatın Restoran meneceri ilə paylaşmaq.
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- Komandaya rəhbərlik etmək, idarə etmək və motivasiya etmək bacarığı;
- Yüksək ünsiyyaət qabiliyyəti;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarından istifadə bacarığı;
- Rus və İngiliş dilində danışıq qabiliyyəti;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. E-mail göndərilərkən mövzu hissəsində “Assistant General Manager” qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.