Hostess
Əsas öhdəliklər:
- Qonaqları səmimiyyətlə qarşılamaq, mehriban və qonaqpərvər atmosferi təmin etmək;
- Rezervasiyaları idarə etmək, qonaqlardan xüsusi istəklərinin olub-olmaması haqqında məlumat almaq, rezervasiyalarla bağlı restoranın xidmət və mətbəx heyətinə vaxtında məlumat bildirmək;
- Böyük qruplar və ya xüsusi tədbirlər üçün rezervasiyaların planlaşdırılmasını və təşkilini təmin etmək,
- Qonaqları masalara yönləndirmək, onlara menyular, xüsusi təkliflər və ya menyu dəyişiklikləri barədə məlumatlar təqdim etmək;
- Qida və içki menyularını dəqiq bilmək, ehtiyac halında qonaqlara bununla bağlı əhatəli məlumat vermək;
- Qonaqların qida və xidmətdən məmnunluğunu ölçmək məqsədi ilə onlarla ünsiyyət qurmaq, şikayətləri idarə etmək və problemləri vaxtında və peşəkar şəkildə həll etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Əla ünsiyyət qurma və güclü təşkilatçılıq bacarığı;
- Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
- Komandada işləmək bacarığı;
- Gülərüz, peşəkar görünüş və davranış nümayiş etdirmək;
- Rus və ingilis dilini bilmək üstünlüyü;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. E-mail göndərilərkən mövzu hissəsində “Hostess” qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.