AEM Elektron

Şirkət haqqında:
«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir.
Çoxsaylı mağazalar şəbəkəsinə sahib olan «AEM ELEKTRON» MMC rəsmi distribüteri və dileri olduğu məhsulların satışı ilə yanaşı, həmçinin özünün peşəkar mütəxəssislər komandası ilə videonəzarət və müasir təhlükəsizlik sistemlərinin layihələndirilməsi və quraşdırılması işlərini də uğurla həyata keçirir. Quraşdırma işləri razılaşdırılmış layihə sənədlərinə uyğun və minimal xərclərlə yerinə yetirilir.
Müqavilə və zəmanət öhdəliklərinə ciddi şəkildə əməl edilməsi, məhsulların, işin (xidmətin) vaxtında, qüsursuz və keyfiyyətli şəkildə təhvil verilməsi müştəri dəyərlərinə böyük önəm verən «AEM ELEKTRON» MMC-nin əsas korporativ prinsiplərindəndir.
Əlaqə vasitələri:
Servis menecer
Vəzifə öhdəlikləri:
- Müştəri müraciətlərinin operativ və peşəkar şəkildə cavablandırılması
- İT xidmətlərinin (hardware/software dəstək və s.) təşkili və koordinasiyası
- Servis proseslərinin optimallaşdırılması və inkişaf etdirilməsi
- Müştəri məmnuniyyətinin izlənilməsi və artırılması üzrə tədbirlərin görülməsi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
- İT sahəsində ali təhsil
- Minimum 2 il İT sahəsində və ya servis menecmentində iş təcrübəsi
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
- Problemləri operativ həll etmə qabiliyyəti
- MS Office və texniki dəstək proqramları ilə işləmək bacarığı
İş şəraiti:
- İş yeri: 28 May metrostansiyasının yaxınlığı
- İş günləri: I-VI günlər
- Əmək haqqı-1030-1230 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.