Nurgun Holding

Şirkət haqqında:
Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilmişdir.
«Nurgün» Şirkətlər qrupunun yarandığı tarixdən etibarən,onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.
“NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.
“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır.
“Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.
Əlaqə vasitələri:
Operator
İş barədə məlumat:
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və proqrama köçürülməsi;
- Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
- Hesabat üçün məlumatları hazırlamaq, sənədlərinin qorunmasına nəzarət etmək
- Mal materialın mədaxil və məxaric sənədlərinin izlənməsi.
- Tələb edilən digər hesabatlıqların və tapşırıqların icrası.
Namizədə tələblər:
- Ali və ya kollec təhsili
- Yaş həddi 25 yaş üzəri
- Müvafiq sahə üzrə iş təcrübəsi olması üstünlük təşkil edir
- 1C-də işləmək bacarığı
- MS Office (MS Excel, MS Word) bilməli
- Dil bilikləri: Azərbaycan dili.
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Təşkilati, analitik bacarıqlar;
İş şərtləri:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerinə“Operator ”yazaraq göndərmələri xahiş olunur.