Bestcomp Group

Şirkət haqqında:
1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir. BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin ən yüksək “Master Security” ixtisaslı “Premier Tərəfdaşı”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.
Əlaqə vasitələri:
Satış təmsilçisi (UPS avadanlığı üzrə)
Tələb olunan bilik və bacarıqlar
- Satış bacarığı (satış hədəflərinə çata bilmə və nəticə yönümlü);
- Müştərilər və partnyorlarla güclü əlaqələr qurmaq bacarığı;
- Müştəri danışıqlarının təşkili və idarə edilməsi, yeni imkanları təyin və təhlil etmək, təklifləri idarə etmək, müştəri sorğularına dolğun cavab vermək bacarığı;
- UPS sistemləri/tipləri və batareyalar barədə biliklər;
- Elektrotexnikanın əsaslarından xəbəri olmalı (kilovat, kilovolt, amper və digər parametrləri fərqləndirə bilməli);
- Tələb olunan hesabatlar, məhsul və ya layihə ilə əlaqədar təqdimatlar hazırlamaq bacarığı.
Davranış bacarıqları
- Ünsiyyətcil olmaq;
- Müştəri ilə müsbət ünsiyyət qurmağı bacarmaq;
- Çevik yanaşma, yeni və qeyri-adekvat vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq;
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Komandada işləmək bacarığı;
Xüsusi tələblər
- Ali Təhsil: Ali (bakalavr) texniki təhsili olmalı
- İş təcrübəsi: Minimum 1 il (UPS, batareya satışı üzrə təcrübəsi olmalı)
- Dil bilikləri: Azərbaycan-dili əla, xarici dil biliyi olan namizədlərə üstünlük verilir
- Komputer bilikləri: MS Office paketi (word, excel, power point proqramları ilə işləməyi bacarmalı)
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər CV-lərini “Satış təmsilçisi (UPS avadanlığı üzrə)” başlığı altında Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.