North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Gənc mühəndis
Excel bilikləri olan və tikinti sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər axtarılır!
Əgər siz:
- Excel proqramında işləməyi bacarırsınız (formulalar, cədvəllər, məlumat analizi və s.);
- Tikinti sahəsində karyera qurmaq və inkişaf etmək istəyirsiniz;
- Yüksək motivasiyaya və öyrənməyə açıq bir insansınız;
Bizim komandamızda yeriniz var!
- İş mühiti dostcanlı və inkişaf etməyə imkan verən şəraitlə zəngindir.
- Vacib qeyd: iş yeri tikinti gedən regionlardadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Subject: “Gənc mühəndis”