Şirin Su

Şirkət haqqında:
14 fevral 2012-ci ildən başlayaraq, “Şirin Su” brendi Azərbaycan Respublikasının ərazisində yüksək standartlara uyğun olaraq, öz servisini təklif edir. Bu dövr ərzində biz, Azərbaycan bazarında 19L-lik qablaşdırılmış su satışında aparıcı mövqeyi tutmuşuq. Biz öz prinsiplərimizə uyğun “keyfiyyətli su” istehsal etməklə müştərilərimizin etibarını və inamını qazanmışıq.
“Şirin Su” brendi, öz istehsal bazasına, nəqliyyat, sklad, kompüter nəzarət sisteminden ibarət loqistikaya malikdir.
Biz nəinki paytaxt sakinlərini, eyni zamanda böyük şirkətləri, banklari, holdingləri, restoran şəbəkələrini və xüsusilə, tibb klinikalarını və sağlamlıq mərkəzlərini keyfiyyətli su ilə təmin edirik. Bu gun bizə minlərlə insan etibar edir.
Əlaqə vasitələri:
Çağrı mərkəzinin operatoru
Vəzifəyə aid qoyulan tələblər
- Təhsil: ali və ya orta təhsil;
- Təcrübə: 1 illik iş təcrübəsi;
- Yaş: 20 – 35;
Vəzifəyə aid qoyulan tələblər
- Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Tələblər:
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli ( rus dili mütləqdir )
- Nitqi aydın və səlis olmalı
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- Müştərilərlə ünsiyyət qurma bacarığı
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- Microsoft Office proqramlarını bilməli
Əlavə məlumatlar:
- Əmək haqqı:400- 500 manat
- İş qrafiki: 5 günlük iş qrafiki 09:00-18:00-dək.
- Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Aeroport yolunun sağ tərəfi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çağrı mərkəzinin operatoru” sözünü qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərsinlər.