City Park Mall

Şirkət haqqında:
“Bakı-2012” MMC 2012-ci ildə yaranmışdır. Qeyd edilən şirkət alış veriş mərkəzi sahəsi üzrə fəaliyyət göstərir. Alış veriş mərkəzi 2024-cü ilin aprel ayından fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Rəqəmsal marketinq üzrə bölmə rəhbəri
Vəzifə öhdəlikləriniz:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasına rəhbərliyin edilməsi;
- SEO, SEM, Google Ads, sosial media (Facebook, Instagram, LinkedIn və s.) və e-mail marketinq kampaniyalarının idarə olunması;
- Komandanın fəaliyyətinin təşkili və nəzarətin edilməsi;
- Kampaniyaların performansının təhlili və hesabatların hazırlanması;
- Brendin onlayn görünürlüğünü artırılması və müştəri cəlb etmə strategiyalarının həyata keçirilməsi;
- Loyallıq proqramının yaradılması və idarəedilməsi;
- Saytın yenilənməsi və idarə edilməsi;
- Yeni digital trendlərin izlənilməsi və tətbiq edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Digital marketinq sahəsində ən azı 3-5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
- SEO, SEM, Google Analytics, Meta Business Suite və digər digital alətlərlə işləmə bacarığı;
- Komanda idarəetməsi və liderlik bacarığı;
- Güclü analitik düşüncə və nəticəyönümlü yanaşma;
- Yaradıcı düşüncə və təşəbbüskar olmaq.
Təminatlar:
- Nahar şirkət hesabına;
- Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı namizədin bilik-bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5 günlük;
- İş yeri: Babək prospekti (City Park Mall).
Uyğun namizədlərdən mövzu hissəsində “Rəqəmsal marketinq üzrə bölmə rəhbəri” qeyd edərək, Müraciət et butonunda qeyd olunan mail ünvanına müraciət etmələrini xahiş edirik.