PFM Catering

Şirkət haqqında:
Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.
Əlaqə vasitələri:
Sətəm üzrə mütəxəssis
Vəzifə və Öhdəlikləri:
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması;
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
Tələblər:
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
- Dil bilikləri:Azərbaycan dili. Xarici dil biliyi arzuolunandır.
- Komputer bilikləri (Microsoft office)
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
- İSO 9001; İSO 22001 sertifikatlarının olması.
İş Şəraiti:
- Şirkət ünvanı: Xətai ray; Ayaz İsmayılov 8A
- Əmək haqqı: 1000 azn
- İş qrafiki: tam iş həftəsi (5 gün)
- İş saatları: 08:00-17:00
- İstirahət günləri: Şənbə/bazar
- Nahar şirkət tərəfindən verilir
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına nömrəsinə “Sətəm üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.