Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Qeydiyyatçı
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Orta-ixtisas;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-səlis, (Rus dili -orta, İngilis dili -arzuolunandır);
- Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Yazılı və şifahi ünsiyyətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavabladırılması;
- Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
- E-poçt yazışmalarının həyata keçirilməsi;
- Məktubların göndərilməsi və qəbul edilməsi;
- Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
- Administrativ tapşırıqların icrası.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Qeydiyyatçı” yazmaqla Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.