ABB ASC

Şirkət haqqında:

“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən  75 filial və şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 18000-ə yaxın, fiziki şəxslərin sayı isə 1.3 milyondan çoxdur. Yeni inkişaf mərhələsində strateji hədəflərinə doğru irəliləyən ABB bu gün 2700-dən çox peşəkarı özündə birləşdirir.

ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

1996-cı ildə ABB “AzəriKard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. 1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.

ABB ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 900-ə yaxın ATM-i, ticarət  və xidmət müəssisələrində 13 mindən çox POS terminalı var.  

Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.

Hazırda bankın aktiv ödəniş kartlarının sayı 1 milyon 300 mindən çoxdur.

Müştərilərin rahatlığını düşünərək ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar. 2019-cu ildə ABB çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. 2020-ci ildə isə Bank ABB Miles kartlarını müştərilərin istifadəsinə verib.

Əlaqə vasitələri:

Əsas fəaliyyət göstəriciləri (KPI) şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Dövri əsasda fəaliyyət göstəricilərinin (KPİ) və onların nəticələri əsasında mükafatların hesablanması;
  • Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
  • Əsas fəaliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
  • İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili.

Bizim üçün uyğun namizəd:

  • Ali maliyyə və İqtisadi sahədə təhsil;
  • ACCA sertifikatlarına sahib (F2, F3, F5, F7);
  • MS office proqramları üzrə biliklərə malik;
  • SQL, vizualizasiya proqramları və Excel bilikləri yüksək olan;
  • Performance və menecment hesabatlıq sahəsində minimum 1 il təcrübəyə malik;
  • Komandada iş bacarıqları olan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Yaradıcılıq və innovasiya bacarığı olan;
  • Problemləri həll etmə bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonuna daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap