Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Anbardar (mağaza)
Tələblər: Anbardar (mağaza)
- Ali və orta ixtisas təhsilli olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Rus dili biliyi üstünlükdür;
- Anbar idarəetməsi sahəsində 1-3 il iş təcrübəsi olmalı;
- Anbar proseslərini yaxşı başa düşmək və qaydalara riayət etmək;
- Yaş həddi: 22-35 yaş
- Cinsi: Bəy namizədlərə üstünlük verilir.
İş haqqında məlumat:
- Malların və avadanlıqların xüsusiyyətlərini bilməlidir;
- Anbara daxil olan malların qəbulu və çıxarılması zamanı dəqiqliklə yoxlanılması, sənədləşdirilməsi və elektron sistemə daxil edilməsi.
- Gələn və çıxan mallarla bağlı sənədlərin (qaimə, akt və s.) düzgünlüyünü təmin etmək.
- Tibbi avadanlıqların saxlanılma zamanı gigiyenik və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Həftəlik və aylıq stok hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Təhvil təslimİ (akt,qaimə və.s) düzgün formada tərtib edilməsi və imzalanması.
- Malların qruplarının çeşidini və əsas xüsusiyyətləri bilməlidir;
- Malın miqdar və keyfiyyətinin sənədlərlə uyğunluğunu yoxlamaq.
- Mağazanın satış bölməsinin və ya sifarişlərin tələbinə uyğun məhsulları vaxtında hazırlamaq;
- Müştərilər üçün hazırlanmış məhsulların düzgün qablaşdırılmasına və qeydiyyatına nəzarət etmək;
- Mövcud məhsul ehtiyatlarını daim nəzarətdə saxlamaq;
- Məhsul qalıqlarını vaxtlı-vaxtında yoxlamaq və rəhbərliyə hesabat vermək;
- Gələn və gedən məhsulların yüklənməsi və boşaldılması prosesinə nəzarət etmək və ya bilavasitə bu prosesdə iştirak etmək;
- Məhsulların zədələnmədən daşınmasını təmin etmək;
- Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
İş şərtləri:
- 6 günlük iş rejimi
- Həftə içi günlər saat 10:00-dan 18:00-dək
- Şənbə günü 10:00-dan 16:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
- İşyeri: Bakı şəhəri;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz..Email-in mövzu hissəsində “ Anbardar” qeyd etməyiniz xahiş olunur.