Suyum AZ

Şirkət haqqında:
“Suyum Az” MMC şirkəti 2003-cü ildə Azərbaycanda Bakı şəhərində yaradılmışdır. Bizim şirkət qısa bir zamanda su və çirkab su təmizləmə sahəsində öz innovativ texnologiyaları ilə, həmçinın yüksək səviyyədə müştəri xidmətləri ilə sifarişçilərin rəğbətini qazanmışdır.
“Suyum Az” MMC Azərbaycanda su və çirkab su təmizləmə sahəsində 15 illik iş təcrübəsinə malikdır, reqional və yerli layihələrin iştirakçısıdır. Bizim şirkət tərəfindən istifadə olunan innovativ texnoloğiya və avadanlıqlar, həmçinin çoxillik təcrübə, su və çirkab su təmizləmə sahəsində ən mürəkkəb layihələrin müvəffəqiyyətlə həyata keçməsini və suyun yüksək təmizliyinə nail olmağı təmin edır.
Əlaqə vasitələri:
Mühasib köməkçisi
Vəzifələri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Elektron qaimə-fakturaların yoxlanması
- Müqavilələrin yoxlanması
- Sənədlərin səliqəli yiğilması
- Anbar qalıqlarının üzləşdirilməsi və malların hərəkəti barədə hesabatların hazırlanması
- Ezamiyyət sənədlərinin yoxlanılması
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
Namizədə tələblər:
- Cinsi: Qadın namizədlərər üstünlük veriləcəkdir
- Yaş həddi: 22-35
- Təhsil tələbləri: Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Microsoft Word, Excel proqramları ilə səlis işləmə bacarığı (yüksək səviyyədə)
- Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarıqları
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı, daim inkişafa yönümlü olmaq
İş şəraiti:
- Həftə içi: 09:00-18:00 (Şənbə: 09:00-15:00)
- Vəzifə artımı imkanı
- Azərbaycan Respublikası rəsmi əmək müqaviləsi əsasında qeydiyyat
- Əmək haqqı - 600 AZN
- İş yeri: Bakı, Şıxov qəsəbəsi (Metrodan nəqliyyat xidməti göstərilir).
Müraciət üçün CV formasını mövzu yerinə “Mühasib köməkçisi” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərməyiniz xahiş olunur.