Midtown Hotel Baku

Şirkət haqqında:
Midtown Otelə xoş gəlmişsiniz.
Sizə yüksək səviyyəli xidmət göstərmək və rahatlığınızı qorumaq üçün ixtisaslaşmış və seçilmiş heyətimizlə qarşınızdayıq. Şəhərin mərkəzində fəaliyət göstərən dörd ulduzlu “Midtown Otel” istər istirahət, istərsə də işgüzar səfərlər üçün şəhərimizə gələn qonaqları müasir xidmət və qonaqpərvərliklə qarşılayır. Ziyarətinizin səbəbindən asılı olmayaraq otelimizin yüksək səviyyədə ixtisaslaşmış işçi heyəti və bütün xidmətlərimiz sizin hər cür istirahət ehtiyaclarınızı təmin etməkdən məmnunluq duyur.
Otel müasir beynəlxalq standartlara uyğun 110 otaqdan ibarətdir. Bundan əlavə 10-cu mərtəbədə səhər yeməyi üçün nəzərdə tutulan füsunkar şəhər mənzərəli “Mirvari restoranı”, 11-ci mərtəbədə xoş və əyləncəli vaxt keçirmək üçün “Mood Bar” və "Shisa Room", aşağı mərtəbədə "Elite" Spa və Fitness mərkəzi və "Travertin Pub", gün boyu fəaliyyət göstərən "Sunrise lounge" sizlərə təqdim edir. Otel qonaqları üçün nəzərdə tutulan iki mərtəbəli tam ödənişsiz Parking 24 saat xidmetinizdədir. Otelimizdə işgüzar tədbirlərinin keçirilməsi üçün konfrans zalları da mövcuddur.
Əlaqə vasitələri:
Texnik
Texniki şöbədə çalışa biləcək əməkdaşlar (Texnik) tələb olunur.
Namizədə olan tələblər
- Texnik sahəsində təcrübəli olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Dəqiq, məsuliyyətli və çalışqan olmaq;
- Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Hotelde iş təcrübəsi və sertifikatı olanlara üstünlük verilir
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Texnik” qeyd edərək CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron ünvanımıza göndərə bilər və yaxud verilmiş nömrə ilə əlaqə saxlaya bilərlər.
Əlaqə nömrəsi: +994 51 233 73 37