Fostanpak MMC

Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Daxili Auditor
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Mühasibatlıq bilikləri;
- Əla səviyyədə kompüter bacarıqları (Excel bilikləri önəmlidir);
- Komandada işləmək bacarığı.
- Yalnız bəy namizədlər
Vəzifə öhdəlikləri:
- Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Proseslərin və xərclərin optimallaşdırılması;
- Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.
İş şəraiti:
- 6 günlük iş qrafiki;6 cı gün qısa iş günü
- Nahar şirkət tərəfindən təmin edilir.
- İş yeri: Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daxili Auditor” üzrə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.