Quba Palace Hotel

Şirkət haqqında:
“Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir.
“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir.
Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır.
Əlaqə vasitələri:
Baş xəzinədar
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən günlük ödənilən pul vəsaitlərinin satış nöqtələri tərəfindən tələb olunan qaydada qəbul edilməsinə nəzarət etmək;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması, kassa aparatlarından düzgün istifadə olunmasına nəzarət etmək və günlük kassa hesabatının hazırlanaraq rəhbərliyə təqdim olunması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Otelin gəlir auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək;
- Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Fidelio, RKeeper) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək;
- Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq tələb olunan hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək;
- Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlər üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq;
- Gündəlik kassa əməliyyatlarının Mühasibat uçotunda əks olunmasını təmin etmək;
- Aylıq Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Namizədə aid tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
- Maliyyə terminləri, standartları, prinsipləri və təcrübələri ilə bağlı biliklər
- Maliyyə qanunları və qaydaları
İş şəraiti:
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.