Pizza Mizza

Şirkət haqqında:

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. O zaman gələcəkdə direktor olacaq Elmar Həsənzadə yaşamaq üçün Almaniyaya köçür və orada aşpaz köməkçisi işləməyə başlayır. O, qısa müddətdə fərqli reseptlərə əsasən dadlı pizzaların hazırlanmasını öyrənir və eyni zamanda bir neçə növ xəmir xörəklərinin, salatların, isti və soyuq qəlyanaltıların, ət yeməklərinin hazırlanmasını mənimsəyərək "La Roma" restoranının baş aşpazı vəzifəsinə keçir. Bir il ərzində orada çalışır və oranı satın alır. Uzun müddət orada qazandığı təcrübəyə əsaslanaraq və oradan ilham alaraq Pizza Mizza restoranlar şəbəkəsi açmaq və Azərbaycanda bunu davam etmək qərarına gəlir. "La Roma" ilə "Pizza Mizza"-nın konsepti və təqdim olunan yeməkləri tam şəkildə eynidir. Sadəcə yerli brend yaratmaq üçün bizim seçimimiz məhz "Pizza Mizza" adı olmuşdur.

"Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır.

İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur. Həmin şöbə Yasamal rayonunun ən qaynar nöqtəsində, daha dəqiq desək, Statistika Komitəsinin yaxınlığında yerləşir. İkinci filial isə 21 sentyabr 2015-ci il tarixində Nərimanov rayonu, Heydər Əliyev mərkəzinin yaxınlığında istifadəyə verilmişdir. 27 aprel 2016-cı ildə 3-cü filial Sahil filialı açılmışdır. Lakin onun yerləşmə lokasiyası uğurlu olmadığından filialın fəaliyyəti şirkət tərəfindən dayandırılmışdır. 14 dekabr 2016-cı ildə isə "Pizza Mizza"-nın daha bir filialı Həzi Aslanov metro stansiyasının yaxınlığında fəaliyyətə başlamışdır.

2018-ci ildə şirkətin rebrendinq olunması və bütün konseptin dəyişilməsi qərarı verildi. 2019-cu ilin noyabr ayında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında "Pizza Mizza"-nın yeni filialının tam yeni formatda açılışı baş tutdu.

10 oktyabr 2020-ci ildən "Pizza Mizza"-nın daha bir filialı Zabrat 1 qəsəbəsi (Rahat Market-in daxilində) fəaliyyət göstərməyə başlamışdır.

24 noyabr və 3 dekabr 2021-ci ildən "Pizza Mizza"-nın filialı "Zefir Mall"-da və Murtuza Muxtarov 190 (Kaspian Plazanın yaxınlığında) ünvanlarında fəaliyyət göstərməyə başlamışdır.

Əlaqə vasitələri:

Növbə meneceri

İş barədə məlumat:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
  •  Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
  • Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtında açılmasını və bağlanmasını təmin etmək.
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək.
  • Restoranın satış planının icrasını təmin etmək.
  • Müştəri məmnuniyyəti üçün çalışmaq.

Namizədə tələblər:

  • Müvafiq sahədə (supervayzer, menecer, novbe meneceri kimi) 1 il təcrübə. 
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, rus dili . İngilis dili arzuolunandır.
  • Yaş 20-35.
  • Komandada işləmək bacarığı.
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli.
  • Güclü liderlik və idarəetmə bacarıqları.
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmalı.
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti olmalı.
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı.

İş şəraiti:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Karyera inkişafı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 6 günlük iş rejimi.
  • Nahar şirkət tərəfindən təqdim edilir.
  • Əmək haqqı 850-1100AZN
  • Əlavə iş saatına görə ödəniş

Müraciət üçün:

CV-lərinizi başlıqda “Növbə meneceri”  yazaraq Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. 

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap