PFM Catering

Şirkət haqqında:
Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.
Əlaqə vasitələri:
Anbardar
Əsas vəzifə və öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
Tələblər:
- Cinsi – Kişi.
- Yaş həddi – 25-35 yaş
- Güclü ünsiyyət və danışıq qabiliyyəti.
- Komandada işləmək bacarığı.
- Müvafiq sahədə ən azı 2-3 il təcrübə;
- Sərbəst şəkildə qərar vermə, nəticəyönümlülük
- Problemləri həll etmək bacarığı.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhbəri yaxınlığı
- İş saatı: 08:00-dan - 17:00-dək.
- Həftədə 6 iş günü.
- Qidalanma şirkət tərəfindən təşkil olunub.
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Əmək haqqı: 700 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.